logo

Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istədi

19:20 01-09-2020 | icon 2639
Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istədi

Bu gün Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqublunun məhkəməsi keçirilib.

YeniAvropa xəbər verir ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək T.Yaqublunun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki,məhkəmənin hakimi N.Mehdiyev son günlər karantin rejimini pozaraq nəvəsinə toy etməsi ilə gündəmə gələn AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur.

Rəsmi ittihama görə,  martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu  avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.