logo

Gürcüstandan daha 277 soydaşımız təxliyə ediləcək

17:29 01-09-2020 | icon 2730
Gürcüstandan daha 277 soydaşımız təxliyə ediləcək

Azərbaycanın Gürcüstandakı səfirliyi  daha 277 soydaşımızı təxliyə etməyə hazırlaşır.

 YeniAvropa xəbər verir ki, bu barədə səfirlikdən bildirilib. Qeyd edilib ki,  növbəti təxliyə sentyabrın 4-də həyata keçiriləcək. 

Gürcüstandan təxliyə olunacaq 277 nəfərin 134-ü Azərbaycan vətəndaşı, 135-i Gürcüstan, 1-i Türkiyə, 6-sı Rusiya və 1-i Ukrayna vətəndaşı olan azərbaycanlılardır.

Təxliyə ediləcək şəxslər sentyabrın 3-də Tbilisidəki klinikalardan birində koronavirus testindən keçiriləcək. Nəticələri neqativ olan şəxslərə COVID-19 pasportu veriləcək və onlar sentyabrın 4-də səfirliyin binasının qarşısından avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.