logo

Ölkə üzrə oduncaq tədarükünə başlanılıb

15:49 01-09-2020 | icon 2758
Ölkə üzrə oduncaq tədarükünə başlanılıb

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində odun tədarükünə başlanıb. Tədarük olunan oduncaq Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, Təhsil, Səhiyyə müəssisələrinə və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinə dəyəri ödənilmək şərtilə verilir.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev məlumat verib. Onun sözlərinə görə, şəffaflığın təmin olunması,ictimai nəzarətin həyata keçirilməsi məqsədilə oduncaq tədarükü prosesi QHT nümayəndələri və ictimai fəallarıniştirakı ilə həyata keçirilir.

“Bioloji inkişafdan qalmış, köküstə qurumuş, əyilmiş ağaclarınsanitar qırıntısı prosesi gedir. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir”.

Nazir müavini qeyd edib ki, aşağıdakı meşə ərazilərində oduncaq tədarükü həyata keçirilir:

-Balakən rayonu, Kortalameşəbəyliyinin 6-cı vəQabaqçöl meşəbəyliyinin 3-cü dolayları;

-Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 4-cü dolayı;

-Qax rayonu, Qax meşəbəyliyinin 2 və 9-cu, Qıpçaq meşəbəyliyinin 3,5 və 10-cu dolayları, Qum meşəbəyliyinin 5, 6 və 7-ci dolayları, İlisu meşəbəyliyinin 1 və 4-cü dolayları;

-Qəbələ rayonu, Yenikənd meşəbəyliyinin 11-ci vəBum meşəbəyliyinin 14-cü dolayları;

-İsmayıllı rayonu, Basqal meşəbəyliyinin 3-cü və Qalıncaqmeşəbəyliyinin 11-ci dolayları;

-Şamaxı rayonu, Ağsu meşəbəyliyinin 7-ci və Dədəgünəş meşəbəyliyinin 6-cı dolayları;

-Şabran rayonu, Dəvəçi meşəbəyliyinin 2 və 4-cü,Dənizkənarı meşəbəyliyinin 7-ci, Pirəbədil meşəbəyliyinin 6və 8-ci dolayları;

-Daşkəsən rayonu, Əmirvar meşəbəyliyinin 8-ci dolayı;

-Gədəbəy rayonu, Şınıx meşəbəyliyinin 5-ci və Qızılca meşəbəyliyinin 7-ci dolayları;

-Lerik rayonu, Razvandoband meşəbəyliyinin 19-cuvəLerik meşəbəyliyinin 5-ci dolayları;

-Lənkəran rayonu, Haftoni meşəbəyliyinin 17-ci dolayı;

-Yardımlı rayonu, 3 saylı meşəbəyliyinin 8-ci dolayı;

-Cəlilabad rayonu, Cəlilabad meşəbəyliyinin 8 və 9-cu, Göytəpə meşəbəyliyinin10 və 11-ci dolayları;

-Tovuz rayonu, Cırdaxan meşəbəyliyinin 18 və 23-cü,Yanıqlı meşəbəyliyinin 45-ci, Qovlar meşəbəyliyinin 3-cü, Şamlıx meşəbəyliyinin 40-cı dolayları.

Firdovsi Əliyevin daha sonra sözlərinə əlavə edib ki, oduncaq tədarükü həyata keçiriləcək meşə sahələri barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.