logo

İranda koronavirusdan ölənlərin sayı 22 min nəfərə yaxınlaşır

15:11 01-09-2020 | icon 1890
İranda koronavirusdan ölənlərin sayı 22 min nəfərə yaxınlaşır

Bu günə olan məlumata görə İranda 1682 nəfər koronavirusa yoluxub, 101 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasınd bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə virusa yoluxanların ümumi sayı 376 min 894 nəfər, ölənlərin sayı isə 21 min 672 nəfərə çatıb.

Müalicəsi davam edən 3 mindən çox adamın vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 325 min 124 nəfər sağalaraq evə buraxılıb.