Mandatını girov qoyan sabiq deputata cinayət işi açıldı
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində keçmiş deputat Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb.
YeniAvropa xəbər verir ki, keçmiş deputat 178.2.3 (dələduzluq əməli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Bildirilir ki, cinayət işi Rafael Cəbrayılovun borclu olduğu şəxslərin Baş prokuror Kamran Əliyevə müraciətindən sonra başlanıb.
Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bir qurp vətəndaşdan külli miqdarda borc pul alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə borclu olduğu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.
Keçmiş deputatın borclu olduğu şəxslər Zakir Qaralovun Baş prokuror olduğu dönəmdə dəfələrlə ona müraciət etsələr də nəticəsi olmayıb. Kamran Əliyev Baş prokuror təyin edildikdən sonra zəzərçəkənlər ona da müraciət ediblər. Elə ilk müraciətdən sonra məsələ nəzarətə götürülüb. Az sonra isə Rafael Cəbrayılov barəsində cinayət işi başlanıb.
"Yenisabah.az" xəbər verir ki,Rafael Cəbrayılov toplam olaraq 1 550 000(1 milyon 550 min) dollar borcu var ki, bu da milli valyuta ilə 2 635 000(2 milyon 635 min) manat eləyir. Keçmiş deputatın borclu olduğu şəxslər aşağıdakılardır:
Məlahət Qurbanova - 580 000 dollar
Təranə Fətəliyeva - 300 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova -100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar
Əldə etdiyimiz məlumatda bildirilir ki, zərərçəkənlər istintaqın gedişindən razıdırlar. Onlar ümid edir ki, yaxın vaxtlarda problemləri həllini tapacaq.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir