logo

29 ağacı məhv edən müəssisə 14 min 880 manat cərimələnib

12:11 01-09-2020 | icon 2457
29 ağacı məhv edən müəssisə 14 min 880 manat cərimələnib

Xətai rayonunun Nobel prospekti, 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Xidmətin rəisi Hikmət Əlizadə YeniAvropa-ya  bildirib ki, həmin ünvanda “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14 min 880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub: “Faktla bağlı müəssisə barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.