logo

İlham Əliyev Quba–Qonaqkənd avtomobil yolunun tikintisinə 22 milyon manat ayırdı

11:35 01-09-2020 | icon 2828
İlham Əliyev Quba–Qonaqkənd avtomobil yolunun tikintisinə 22 milyon manat ayırdı

Prezident İlham Əliyev sentyabrın 1-də "Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamla 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 22,0 (iyirmi iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.