logo

Valideynlərini söydü , polis orqanlarından xaric edildi

10:32 01-09-2020 | icon 2751
Valideynlərini söydü , polis orqanlarından xaric edildi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

YeniAvropa xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.