logo

 Salome Zurabişvili yeni parlament seçkilərinin vaxtını təsdiqlədi

19:15 31-08-2020 | icon 3955
 Salome Zurabişvili yeni parlament seçkilərinin vaxtını təsdiqlədi

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, fərmana əsasən, builki parlament seçkilər Gürcüstan Konstitusiyasına uyğun olaraq, oktyabrın 31-nə təyin edilib.

Dövlət başçısı, eyni zamanda, ictimaiyyətə müraciət edərək, onu seçkiqabağı təşviqat kampaniyasının dinc şəraitdə keçirilməsinə dəvət edib. Bildirib ki, bu seçkilərin Gürcüstan üçün böyük əhəmiyyəti var.

“Biz ölkəmizin demokratik prinsiplərə sadiqliyini, insan hüquqlarına hörmət etdiyini dünya ictimaiyyətinə sübut etməliyik”, - deyə müraciətdə qeyd olunur.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-nə təyin olunmuş parlament seçkiləri yeni sistem üzrə keçiriləcək. Parlamentin 150 deputatından 30-u majoritar, 120-si isə proporsional sistem üzrə seçiləcək. Majoritar namizədlər seçicilərin səsinin 50 faizini toplaya bilmədikdə seçkilərin ikinci turu təşkil olunacaq. İkinci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq.