logo

Ziya Bünyadov prospektinin köməkçi yolu müvəqqəti bağlanır

19:21 18-07-2020 | icon 1764
Ziya Bünyadov prospektinin köməkçi yolu müvəqqəti bağlanır

Aparılan təmir işləri ilə əlaqədar iyulun 19-da Ziya Bünyadov prospektinin əsas yolundan “Karl Marks dairəsi” kimi tanınan əraziyə doğru olan istiqamətdə köməkçi yolun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülər alternativ olaraq Ziya Bünyadov prospektinin əsas yolundan istifadə edə bilərlər.