Yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 1711,7 kiloqramı qızılın payına düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalıb.
İyulun 1-nə olan vəziyyətə əsasən, 259,5 kiloqram hazır qızıl ehtiyatı var.