logo

AZAL Budapeştdən 48 soydaşımızı Bakıya gətirdi

10:28 18-07-2020 | icon 1918
AZAL Budapeştdən 48 soydaşımızı Bakıya gətirdi

İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.

"AZAL"dan YeniAvropa-ya bildirilib ki, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. Müəyyən edilmiş qaydalara uyğun olaraq vətənə qayıdan 48 sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.