logo

Prezidentin köməkçisi: "Sərt karantin daha 2 həftə uzadılacaq" 

22:59 16-07-2020 | icon 1918
Prezidentin köməkçisi: "Sərt karantin daha 2 həftə uzadılacaq" 

Azərbaycanda sərt karantin rejiminin daha 2 həftə uzadılması nəzərdə tutulur. 

YeniAvropa xəbər verir ki, bu barədə "AzTV"nin efirindən prezidentin köməkçisi,  Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov məlumat verib. 

 "Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargah bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edib. Biz karantin rejiminin əlavə 2 həftə uzadılmasını nəzərdə tutmuşuq. Buna məcburuq", - deyə Şahmar Mövsümov vurğulayıb.