logo

24 yaşlı şəhid əsgərimiz torpağa tapşırıldı

18:28 16-07-2020 | icon 399
24 yaşlı şəhid əsgərimiz torpağa tapşırıldı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

 YeniAvropa xəbər verir ki, döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

1996-ci il təvəllüdlü şəhidimizin cənazəsi Ağstafada izdihamla qarşılanıb. Şəhid Nazim İsmayılov doğulduğu Korxəlifəli kəndinin qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Nazim İsmayılov ailənin üç övladından biridir. Onun qardaşı da hazırda hərbi xidmətdədir. 24 yaşlı şəhidimiz subay olub.