logo

Koronaviruslu xəstələrin müalicəsinə 250 milyon manat xərclənib

10:11 16-07-2020 | icon 497
Koronaviruslu xəstələrin müalicəsinə 250 milyon manat xərclənib

Bu ilin mart-iyun aylarında Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün səhiyyə müəssisələrinə 250 milyon manat ayrılıb.

YeniAvropa xəbər verir ki, bunu ötən gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında baş nazir Əli Əsədov söyləyib.

Onun sözlərinə görə, bu məbləğə xəstəliklə mübarizə aparan tibb işçilərinə, onların maaşının 3-5 misli qədər ödənilən əlavə vəsait də daxildir.