logo

Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

16:51 15-07-2020 | icon 889
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 559 yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, , COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 25 min 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 min 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib. Aktiv xəstə sayı 8651 nəfərdir.

Ötən müddət ərzində 592 min 778 test aparılıb. Bugünkü test sayı isə 8312-dir.