logo

Milli Məclisin qabağında özünü öldürmək istədi

14:33 15-07-2020 | icon 2590
Milli Məclisin qabağında özünü öldürmək istədi

Milli Məclisin qarşısında bir vətəndaş özünü şəhid etmək üçün intihara cəhd edib.

YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Bildirib ki, sərxoş vəziyyətdə olan bir şəxs Milli Məclisin qarşısına gələrək Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı öz dəstəyini bildirmək istəyibş.

“Həmin şəxs özünə xəsarət yetirərək şəhid olmaq istədiyini bildirib. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən həmin sərxoş şəxsin bu cəhdinin qarşısı alınıb. Daha sonra polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub”,-deyə Ehsan Zahidov  bildirib.