logo

“Onun yolu ilə gedəcəyəm” – Şəhid İlqar Mirzəyevin oğlu

22:31 14-07-2020 | icon 518
“Onun yolu ilə gedəcəyəm” – Şəhid İlqar Mirzəyevin oğlu

Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyevin nəşi paytaxta gətirilib. Bakıda polkovniklə vida mərasimi keçirilib. Mərasimdə izdiham yaşanıb. 

YeniAvropa xəbər verir ki, “Xəzər xəbər”ə müsahibə verən şəhid komandirin oğlu Elvin Mirzəyev atası ilə fəxr etdiyini və atasının yolu ilə gedəcəyini deyib:

“Onun yolu ilə gedəcəyəm. Düzdür, məni evdən heç vaxt qoymurdular. Özü də bəzən imkan verməzdi ki, onun yolu ilə gedim. Amma mən qərara almışdım, bilirdim. Mənim burada boynu bükük olmağıma baxmayın. Mən bu yaşıma qədər həmişə atamla fəxr etmişəm, indi də edirəm. Şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə uca tutacağam”.