logo

İranda koronavirusdan ölənlərin sayı 13 min 211 oldu

16:56 14-07-2020 | icon 1001
İranda koronavirusdan ölənlərin sayı 13 min 211 oldu

İranın Zəncan və Gülüstan vilayətləri də qırmızı zonaya daxil edilib. Bu vilayətlərdə koronavirusun geniş yayılması və ölün hallarının çoxalması müşahidə edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. O, son 24 saat ərzində 2521 nəfərin virusa yoluxduğunu, 179 nəfərin isə öldüyünü nəzərə çatdırıb. Bununla da İranda koronavirusa yoluxaraq ölənlərin ümumi sayı 262 min 173-ə, ölənlərin sayı isə 13 min 211-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 225 min 270 nəfər sağalaraq evə buraxılıb. Müalicəsi davam edən 3389 nəfərin vəziyyəti isə ağır olaraq qalır.