logo

ABŞ sərhəddə dərhal atəşi dayandırmağa çağırdı

12:15 14-07-2020 | icon 2653
ABŞ sərhəddə dərhal atəşi dayandırmağa çağırdı

Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan sərhədində baş vermiş zorakılığı qəti şəkildə pisləyir, tərəfləri güc tətbiqini dərhal dayandırmağa, mövcud birbaşa əlaqələrdən istifadəyə və atəşkəs rejiminə ciddi əməl etməyə çağırır.

YeniAvropa xəbər verir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortequsun bəyanatında yer alıb.

Qeyd edilib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanmasına kömək etməkdə qətiyyətli olaraq qalır: "ABŞ, Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaqla bağlı çağırışlarına qoşulur və vəziyyət imkan verdikcə, ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini düşünür”.