Dünyada koronavirusdan ölənlərin sayı 572 min nəfəri ötüb
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 13 milyon nəfəri ötüb.
YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, iyulun 12-də dünyada daha 194 min 696 nəfər koronavirusa yoluxub, 3 min 956 nəfər vəfat edib.
Saytın Bakı vaxtı ilə bu gün saat 16:50-yə olan məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 13 milyon 65 min 260 yoluxma və 572 min 280 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 7 milyon 612 min 396 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 4 milyon 880 mindən çox xəstədən 58 min 689-nun vəziyyəti ağır qiymətləndirilir.
Ötən sutka ərzində ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 58 min 349 nəfər. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 414 mini keçib. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 1 milyon 866 min 176 nəfər. İyulun 12-də 29 min 108 yoluxma halının aşkarlandığı Hindistanda bu rəqəm 879 min 466 nəfərə çatıb. Rusiyada 727 min 162, Peruda 326 min 326, Çilidə isə 315 min 41 nəfər COVID-19 infeksiyasına yoluxub.
ABŞ koronavirusdan ölənlərin sayına görə də dünyada birinci yerdədir – 137 min 782 nəfər. İlk beşliyə daxil olan Braziliyada 72 min 151, Birləşmiş Krallıqda 44 min 819, İtaliyada 34 min 954, Meksikada isə 34 min 730 nəfər koronavirus səbəbindən həyatını itirib.
Son vaxtlar COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 7,01 faizdir.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də infeksiyanın yayılması pandemiya elan edilib.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ