logo

Ermənistan sərhəddəki vəziyyətlə bağlı KTMT Baş katibinə müraciət etdi

11:10 13-07-2020 | icon 2576
Ermənistan sərhəddəki vəziyyətlə bağlı KTMT Baş katibinə müraciət etdi

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün iyulun 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla telefon danışığı aparıb.

YeniAvropa erməni KİV-lərinə istinadən  xəbər verir ki, Mnatsakanayn Azərbaycan-Ermənistan sərhədində iyulun 12-dən başlayan döyüşlər barədə KTMT Baş katibini ətraflı məlumatlandırıb. Qeyd edib ki, Azərbaycan tərəfi iyulun 13-də səhər tezdən Ermənistan əraziləri artilleriya atəşinə tutub.  

Ermənistan XİN rəhbəri KTMT üzvü olan ölkəyə qarşı bu cür hərəkətlərin “qəbuledilməz olduğunu” bildirib.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan deyib ki, KTMT Baş katibi ilə “daimi rabitə saxlanılır” və təşkilat çərçivəsində iş davam edir.