logo

AZAL Moskvadan 233 soydaşımızı Bakıya gətirib

20:57 12-07-2020 | icon 602
AZAL Moskvadan 233 soydaşımızı Bakıya gətirib

“Azərbaycan Hava Yolları” (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.

YeniAvropa xəbər verir ki, bu barədə AZAL-dan bildirilib . Qeyd edilib ki,  “Airbus A340” hava gəmisi ilə Azərbaycan vətəndaşları ölkəyə çatdırılıb. Bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib. Bu həkimlər koronavirus pandemiyası ilə mübarizədə kömək göstərəcəklər.

Reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

"AZAL"ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.