logo

Neft emalı zavodunda güclü yanğın baş verib

15:12 12-07-2020 | icon 777
Neft emalı zavodunda güclü yanğın baş verib

Çinin Fucien vilayətində neft emalı zavodunda baş verən güclü yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər yaralanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hadisə iyulun 12-də yerli vaxtla saat 10:10-da Lonyan şəhərinin Tieşan qəsəbəsindəki baş verib. Özəl şirkətlərdən birinə məxsus zavodda baş verən yanğınla əlaqədar ətraf ərazidə yaşayan bütün sakinlər təcili təxliyə edilib. Yanğının söndürülməsinə vilayətin müxtəlif şəhərlərindən yüzlərlə yanğınsöndürən cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatı davam edir. Yaralı vəziyyətdə tapılan iki nəfərdən birinin vəziyyəti ağırdır.

İlkin ehtimala əsasən, hadisə zavodun sexlərindən birində təmir işləri aparılarkən baş verib.