logo

Rusiya koronavirusla mübarizə üçün Azərbaycana həkim qrupu göndərdi

12:15 12-07-2020 | icon 2345
Rusiya koronavirusla mübarizə üçün Azərbaycana həkim qrupu göndərdi

Bu gün koronavirusla mübarizə məqsədilə Rusiyadan Azərbaycana həkimlər qrupu göndərilib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın  Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Moskvanın İ.M.Seçenov adına dövlət universitetinin klinikasının həkimlər qrupu iyulun 12-də xüsusi reyslə Bakıya yola düşüb. “Azərbaycan hökumətinin xahişi ilə bazar günü İ.M.Seçenov adına Birinci  Moskva dövlət universitetinin həkimlər qrupu koronavirus infeksiyasına yoluxmuş şəxslərə tibbi yardımın təşkilinə yardım göstərmək üçün bu ölkəyə göndərilir”,-deyə məlumatda qeyd edilib.

Mütəxəssislər briqadasına Səhiyyə Nazirliyinin baş pulmonoloqu Sergey Avdeyev başçılıq edir.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyədən olan həkimlər koronavirusla mübarizənin təşkilinə dəstək vermək üçün Bakıya gəliblər. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargahla məsləhətləşmələr aparıblar, bəzi xəstəxanalara baş çəkiblər.

Xatırladaq ki, Azərbaycan hökuməti koronavirusla mübarizə üçün Çin və Kubadan da həkimlər dəvət edib. Xaricdən cəlb olunan həkimlər ayrı-ayrı xəstəxanalara təhkim olunacaqlar.