logo

Gürcüstanda 4,4 ballıq zəlzələ olub

10:57 12-07-2020 | icon 2625
Gürcüstanda 4,4 ballıq zəlzələ olub

İyulun 12-də Gürcüstanda 4,4 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 09:54-də qeydə alınıb.

Zəlzələnin episentri Kareli bələdiyyəsinin Muxileti kəndi yaxınlığında, ocağı 10 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.