logo

Kürdə batan şəxslərdən sonuncusunun da meyiti tapılıb

12:23 11-07-2020 | icon 2492
Kürdə batan şəxslərdən sonuncusunun da meyiti tapılıb

Kür çayında batan şəxslərdən sonuncusunun da meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya  bildiriblər ki, iyulun 9-da Kür çayının Zərdab rayonunun Burunlu kəndi ərazisindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti saat 12:00-da nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, iyulun 9-da eyni ərazidə batan 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının meyiti həmin gün, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti isə bu gün saat 10:30-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.