logo

Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub

20:30 10-07-2020 | icon 2604
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub

"Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində də yoluxma halları müşahidə edilib".

 YeniAvropa xəbər verir ki, bunu prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səfirliklərin əməkdaşları arasında da yoluxma halları qeydə alınıb: “Bundan əlavə onların ailə üzvlərindən də yoluxanlar var. Buna baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir”.