logo

Şüvəlan sakinindən 31 çətənə kolu və 2 kq marixuana aşkarlanıb

16:13 10-07-2020 | icon 2331
Şüvəlan sakinindən 31 çətənə kolu və 2 kq marixuana aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbə sakini H.Hüseynovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 çətənə kolu və 1 kiloqram 815 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.