logo

Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

17:10 10-07-2020 | icon 2380
Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 526 yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 min 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 93 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib. Aktiv xəstə sayı 8605 nəfərdir.

Ötən müddət ərzində 552 min 311 test aparılıb. Bugünkü test sayı isə 7576-dır.