logo

İqtisadçı alimdən Təhsil Nazirliyinə təklif:  II semesrt üçün bütün tələbələr təhsil haqqından azad edilsin

12:57 10-07-2020 | icon 2688
İqtisadçı alimdən Təhsil Nazirliyinə təklif:  II semesrt üçün bütün tələbələr təhsil haqqından azad edilsin

Koronavirus səbəbindən bir çox müəssisələrin işini dayandırması səbəbindən ali məktəblərin əyani şöbələrində  təhsil alan çoxlu sayda tələbələrin valideynləri hazırda çətin duruma düşüblər və ciddi maddi problemləri ilə  üzləşiblər. Onlar 2019/2020-ci tədris ilinin II semestrı üçün təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. 

YeniAvropa xəbər verir ki, bu fikirlər  iqtisadçı alim Qubad Ibadoğlunun özünün "Facebook" hesabından Təhsil Nazirliyinə ünvanladığı növbəti təkliflər paketində yer alıb. İqtisadçı alim daha sonra yazır: " İyunun 8-dən "e-telebe.edu.az" elektron portalda bakalavriat təhsili alan 18 252, magistratura təhsili alan 1061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547, tam orta tədris bazasından orta ixtisas təhsili alan 1939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər ərizələrini təsdiq edib.
Kasıb tələbələr üçün pandemiya dövründə dəstək məqsədllə həyata keçirilən yardım təşəbbüsünə 40 milyon manat ayrılıb. Lakin, buna baxmayaraq, bu tədris ilində təshil haqqını ödəməyə bilməyənlər də az olmayacaq. Çünki, əvvəllər işləyib pul qazanıb, təhsil haqqını vaxtında ödəyən qiyabi şöbədə oxuyan tələbələrin özləri, eləcə də əyani şöbədə təhsil alan tələbələrin valideynləri hazırda ciddi və çətin duruma düşüblər. Onsuz da distant üsulla keyfiyyətli təhsil ala bilməyən tələbələr bütövlükdə təhsil haqqından güzəştə haqq edirlər. Əslində xaricdə bir çox Universitetlər bunu edirlər. Odur ki, Təhsil Nazirliyi də Universitetləri pandemiya dövründə əlavə güzəştlər tətbiq etməyə sövq etməlidir. Əks təqdirdə yaranmış vəziyyət tələbələr və valideynlərin narazılığını artıracaq".