logo

189 həmyerlilərimiz çarter reysi ilə Kiyevdən vətənə yola salınıb

18:54 09-07-2020 | icon 2254
189 həmyerlilərimiz çarter reysi ilə Kiyevdən vətənə yola salınıb

İyulun 9-da Ukraynada 189 həmyerlimiz Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) çarter reysi ilə vətənə yola salınıb.

 YeniAvropa xəbər verir ki, reysdən əvvəl 48 saat ərzində "COVID-19"a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb.

Qeyd edilən reyslə vətənə yola salınan bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalacaqlar.

"AZAL"ın çarter reysi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilib.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycan və Ukrayna arasında hava uçuşları dayandırılıb.