logo

Daha bir həkim koronavirusdan öldü

12:49 09-07-2020 | icon 770
Daha bir həkim koronavirusdan öldü

Paytaxtın Binəqədi rayonundakı 25 saylı şəhər poliklinikasının birinci terapiya şöbəsinin müdiri Aida İsmayılqızı koronavirusdan vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə poliklinikadan məlumat verilib. Bildirilib ki, A.İsmayılqızı iki gün əvvəl işə gələrkən səhhətində problemlər olduğunu deyib.Ötən gün isə kompüter tamoqrafiyası müayinəsindən keçib. Müainə zamanı onun ağ ciyərlərində “buzlu şüşə” aşkar olunub. Evə qayıdandan sonra isə həkimin vəziyyəti pisləşib və o, dünyasını dəyişib.

Məlumatda 62 yaşlı həkimin şəkər xəstə olduğu qeyd edilib.

Xatırladaq ki, bəzi KİV-lərdə həkimin xəstəxanada yer olmadığı üçün evdə boğularaq öldüyü qeyd edilib.

TƏBİB-dən isə bildirilib ki, bu barədə onlara heç bir şikayət daxil olmayıb: “Hər hansı şəxs xəstəxana şəraitində müalicədən imtina edirsə, yazılı halda bu barədə iltizam imzalanır. Konkret dediyiniz halla bağlı TƏBİB-ə şikayət daxil olmayıb”.