logo

Toya gələn 79 qonaq koronavirusa yoluxdu

19:48 08-07-2020 | icon 693
Toya gələn 79 qonaq koronavirusa yoluxdu

Özbəkistanın paytaxtı Daşkənddə toy edən bir ailə onlarla insanın COVID-19-a yoluxmasına səbəb olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, toya çağırılan 90 qonağın 79-u koronavirusa yoluxub.

Qeyd edək ki, Özbəkistanda koronavirusla bağlı toy və digər ailə şənliklərinə 30 adamdan artıq qonağın çağırılması qadağandır. Buna görə də, toy sahibi eyni məclisi üç dəfə keçirmək qərarına gəlib.