logo

Ağsuda yas mərasimində iştirak edənlər 200 manat cərimələniblər

17:09 08-07-2020 | icon 679
Ağsuda yas mərasimində iştirak edənlər 200 manat cərimələniblər

Ağsu rayon İcra Hakimiyyətinin və polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Ərəbmehtibəy kəndindəki evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasiminin təşkil edildiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşları mərasimi dərhal dayandıraraq, oradakı şəxsləri Ağsu rayon Polis Şöbəsinə gətiriblər.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib. Onların hər biri 200 manat məbləğində cərimə olunub.