logo

Qəbələdə meşə yanğınları başlayıb

14:55 08-07-2020 | icon 2044
Qəbələdə meşə yanğınları başlayıb

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.