logo

Səs yazısı yayılan Azərbaycanın baş epidemioloqu istefa verdi

13:10 08-07-2020 | icon 4690
Səs yazısı yayılan Azərbaycanın baş epidemioloqu istefa verdi

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev vəzifəsindən istefa verib. 

 YeniAvropa xəbər verir ki, bu barədə  baş epidemioloq "APA"ya açıqlamasında məlumat verib. 

İbadulla Ağayev deyib ki, şəxsi istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin əməkdar müəllim, əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.