“Azərenerji” daha bir əhəmiyyətli layihə reallaşdırır
“Azərenerji” ASC reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirir. Bunun üçün 330 kilovoltluq “Yaşma” yarımstansiyasında 120 meqavolt/amper gücündə, 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində isə 180 meqavolt/amper gücündə idarəolunan şuntlayıcı reaktor quraşdırılır.
ASC-dən YeniAvropa-ya bildirilib ki, yeni reaktorlar Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulur. Daha dəqiqi, sistem əhəmiyyətli yarımstansiyaları əlaqələndirən əsas 330 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətlərinin birləşdiyi və yük axınları olan yerlərdə böyük güclü idarəolunan şuntlayıcı reaktorlar quraşdırılır. Çünki hazırkı vəziyyətdə 330 kilovoltluq sistemtəşkiledici xətlərdə mövcud olan reaktiv tutum gücləri onların yük ötürmə qabiliyyətini azaltmaqla bərabər, itkilərə səbəb olurdu. Layihə gerçəkləşəndən sonra isə şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq xətlərin reaktiv yükünü qəbul etməklə, reaktiv yükün tənzimlənməsi ilə rejim imkanlarını yaxşılaşdıracaq, yük axınını tənzimləyəcək və bununla da reaktiv yükün kompensasiyası təmin ediləcək. İdarəolunan şuntlayıcı reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla yanaşı texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.
İndiki halda ölkə üzrə 2 ədəd idarəolunan şuntlayıcı reaktorun düyün nöqtələrində quraşdırılması enerji sistemi üçün yetərli olsa da, 2030-cu ilin perspektiv inkişaf planına uyğun olaraq tələbatın, yüksəkgərginlikli yarımstansiyaların və elektrik verilişi xətlərinin sayının artmasına görə əlavə şuntlayıcı reaktorların qoyulması həyata keçiriləcək
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq