logo

Ölkə prezidenti də koronavirusa yoluxdu-Braziliyada

21:54 07-07-2020 | icon 2576
Ölkə prezidenti də koronavirusa yoluxdu-Braziliyada

Braziliya Prezidenti Jair Bolsonaro koronavirusa (COVID-19) yoluxub.

YeniAvropa "BBC"yə istinadla xəbər verir ki, dövlət başçısının ötən gün verdiyi testin nəticələri pozitiv çıxıb. O, yoluxmanın simptomlarının üzə çıxmasından, xüsusən də hərarətinin yüksəlməsindən sonra test verib.

Xatırladaq ki,  Braziliyada bu infeksiyaya yoluxma halı artmaqda davam edir. İyulun 6-na olan məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 65 min nəfərdir. Virusa yoluxma sayı 1,6 milyon nəfər təşkil edir ki, Braziliya bu göstərici üzrə ABŞ-dan sonra ikinci yerdədir.