logo

Siyavuş Novruzov oğlunu İmam Əli ilə müqayisə edib

21:13 07-07-2020 | icon 5691
Siyavuş Novruzov oğlunu İmam Əli ilə müqayisə edib

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin regional siyasət komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə oğlu Seymur Novruzov barədə danışıb.

 YeniAvropa xəbər verir ki, o, əvvəlcə oğlunun çekist olmasını istəyib: “İstərdim ki, oğlum imtahan verib Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasına daxil olsun. Özü istəmədi. Sonra ona Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim keçməsini təklif etdim. Bunu da istəmədi. Mən özüm "rütbəli şəxsəm" ona görə də ona bu təklifi etdim. Ancaq indi oğlumuz üçün peşə seçimi məsələsini onun ixtiyarına verdik. Qərar versin".

Seymur Novruzov daha sonra oğlunun idmançı olmasından danışıb. "O yarışlara qatılmasa da, çox yaxşı boksçudur. Oğlum elə ədalətli bir insandır ki, bəzən mən ondan öyrənirəm. Özündən daha zəif birini döyə bilmədiyini deyir. Bu dərəcədə o, ədalətli insandır. O bu xasiyyətdə babasına - atama oxşayıb. Atam da eynən belə idi. Oğlum bir qarışqanı belə incitməz. Eşitdiyimə görə, yalnız İmam Əli belə bir ədalət duyğusuna sahib olub", -deyə Siyavuş Novruz qeyd edib.