logo

İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

16:55 07-07-2020 | icon 770
İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

Prezident İlham Əliyev iyulun 7-də Yaponiyanın imperatoru Naruhitoya başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Əlahəzrət,

Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".