logo

İranda daha 200 nəfər  koronavirusdan  öldü

15:47 07-07-2020 | icon 749
İranda daha 200 nəfər  koronavirusdan  öldü

İranda son 24 saat ərzində 2637 nəfərin koronavirusa yoluxması aşkar edilib, 200 nəfər isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da ölkədə ümumilikdə yoluxanların sayı 245 min 688-ə, ölənlərin sayı isə 11 min 931-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 207 min nəfər evə buraxılıb. Müalicəsi davam edən 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.

Xəstəliyin geniş yayılması və ölüm hallarının artması Tehranda və digər böyük şəhərlərdə karantin rejiminin sərtləşməsini zərurətə çevirib. İranın koronavirusla mübarizə mərkəzi tibbi maskadan istifadəni məcburi edib. Tibbi maskadan istifadə etməyənlər ictimai nəqliyyata, ticarət mərkəzlərinə, aptek və xəstəxanalara buraxılmır.