logo

Xüsusi karantin rejimini pozan 4 nəfər həbs edilib,2294 nəfər cərimələnib

11:08 06-07-2020 | icon 1883
Xüsusi karantin rejimini pozan 4 nəfər həbs edilib,2294 nəfər cərimələnib

İyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə respublika üzrə epidemiya əleyhinə rejimi pozan 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i barədə inzibati həbs, 10 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs olunub, 2294 nəfər inzibati cərimələnib. Onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

Daxili İşlər Nazirliy bir daha vətəndaşlara müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət olunmasını tələb edir.