logo

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

18:20 05-07-2020 | icon 3059
Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 523 yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib. Aktiv xəstə sayı 8332 nəfərdir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 516 min 533 test aparılıb. Bugünkü test sayı isə 6722-dir.