logo

Vilayət Eyvazov DYP-də daha bir kadr dəyişikliyi etdi

20:56 04-07-2020 | icon 2667
Vilayət Eyvazov DYP-də daha bir kadr dəyişikliyi etdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yol polisində daha bir yerdəyişmə edilib.

 YeniAvropa xəbər verir ki,  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Əlövsət Şamilov tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə o, Sumqayıt Regional Qeydiyyat İmtahan şöbəsinə rəis təyin olunub. Əlövsət Şamilov bu gün şəxsi heyətə təqdim edilib. 

Şöbənin əvvəlki rəisi isə Gəncə Regional Qeydiyyat İmtahan şöbəsinə rəis vəzifəsinə göndərilib.