logo

Bakıda yerləşən “Sobsan” boya fabrikində yanğın baş verib

20:27 04-07-2020 | icon 4865
Bakıda yerləşən “Sobsan” boya fabrikində yanğın baş verib

İyulun 4-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd edilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerindədirlər.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.