logo

TƏBİB sədri Ramin Bayramlı istefa verib?

21:15 30-06-2020 | icon 5292
TƏBİB sədri Ramin Bayramlı istefa verib?

"Ramin Bayramlının istefa verməsi barədə yayılan məlumatlar doğru deyil"

YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva səsləndirib.  O bildirib ki, Ramin Bayramlı iş başındadır:

"Bu gün koronavirusla mübarizə üçün başqa bir layihə ilə bağlı məşğuldur. İşlər gərgin olduğu üçün Ramin Bayramlı mətbuat konfranslarında iştirak edə bilmir. Burada başqa bir səbəb yoxdur. O "REACT" layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir. Hazırda Ramin Bayramlı xəstəxanalarda xəstələrin vəziyyətini şəxsən nəzarətdə saxlayır”,-deyə Yaqut Qarayeva bildirib.