logo

Evdə müalicə alan koronavirus xəstələrinə dərmanlar veriləcək

19:58 30-06-2020 | icon 2282
Evdə müalicə alan koronavirus xəstələrinə dərmanlar veriləcək

Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz, yəni əlaməti olmayan yoluxmuş şəxslər və COVID-19-un yüngül əlamətləri qeydə alınan, müvafiq olaraq toksik ağır təsirli dərmanlarla müalicəyə ehtiyacı olmayan şəxslər üçün nəzərdə tutulur. Simptomsuz xəstələrin müşahidəsi, yüngül əlamətləri olan xəstələrin isə immun sistemini tənzimləyən və gücləndirən dərmanlarla, əsasən vitaminlərlə təchiz olunması planlaşdırılır. Bu dərmanların poliklinikalar vasitəsilə qeydiyyata alınmış yoluxmuş şəxslərə və əlamətləri olan şəxslərə çatdırılması nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.

O qeyd edib ki, virusa yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir: " Ümumiyyətlə, koronavirusa yoluxmuş şəxslərin təcrid edilməsi, heç yerə çıxmaması tələb olunur. Ev şəraitində müalicə alan xəstələrin dərmanla təmin olunması məsələsi həll ediləcək".