logo

SOCAR-ın ötənilki xalis mənfəəti 651 milyon manat təşkil edib

13:31 30-06-2020 | icon 3038
SOCAR-ın ötənilki xalis mənfəəti 651 milyon manat təşkil edib

SOCAR 2019-cu ili mənfəətlə başa vurub.

 YeniAvropa xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Qeyd edilib ki, audit olunmuş maliyyə hesabatlarına görə, SOCAR-ın cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil edib.

Bundan əlavə, şirkətin uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olub.