logo

İqtisadçı alim Olimpiya komplekslərini xəstəxanalara çevirməyi təklif edir

10:11 30-06-2020 | icon 1365
İqtisadçı alim Olimpiya komplekslərini xəstəxanalara çevirməyi təklif edir

Bölgələrdəki olimpiya komplekslərinin virusa yoluxan xəstələrin müalicəsi üçün komplektləşdirilməsinə başlasın.

YeniAvropa xəbər verir ki, bu fikirlər  iqtisadçı alim Qubad Ibadoğlunun özünün "Facebook" hesabından Nazirlər Kabineti yanında Operativ Qərərgaha ünvanladığı növbəti təkliflər paketində yer alıb. 

Qubud İbadoğlu daha sonra təklif edir ki, xəstələrə qulluq məqsədilə qeyri-tibbi təhsilə malik olan personalın səfərbər olunması üçün iş müsabiqə elanları versin.

"Müsabiqədən keçənlərin təlimlərlərinə başlasın və təlimdən sonra onlar bölgələrə ezam olunaraq sosial və tibbi yardım işlərinə cəlb edilsin. Bu tədbirlərin səmərəliliyi onların vaxtında həyata keçirilməsindən asılıdır. Odur ki, vaxt itirməyə dəyməz. Bu gündən başlamaq lazımdır",-deyə Qubad İbadoğlu vurğulayır.